Roman Quello “İnter” klubundan uzaqlaşdırıldı
10.12.2008 - 13:11
Roman Quello “İnter” klubundan uzaqlaşdırıldı
Bakının “İnter” klubu uruqvaylı hücumçu Roman Quello ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu 31 yaşlı legionerlə başa çatan müqaviləni uzatmamağı qərara alıb. “İnter”ə ötən qış gələn Quello çempionluq qazandığı komandanın əsas heyətində möhkəmlənə bilməyib. Ötən çempionatda keçirdiyi 9 oyunda 2 qol vuran Quello ölkə kubokunda öz sözünü deyib.

Belə ki, Roman komandasının ¼ finalda “Qarabağ”a (2:2, 1:0) vurduğu hər üç qolun müəllifi olub. Uruqvaylı hücumçunun cari çempionatda meydana çıxmamağının səbəbi zədə ilə bağlı olub. Yayda Çempionlar Liqası oyunları öncəsi cərrahiyyə əməliyyatı olunan Roman məhz bu səbəbdən komandasına məsul turnirdə kömək edə bilməyib.

Əməliyyatdan sonra əvvəlki formasını bərpa edə bilməyən Quello cari mövsümdə yalnız ölkə kubokunda - “Standard” klubu ilə görüşdə 33 dəqiqə meydanda olub.

Qeyd edək ki, Quello “İnter”in qış fasiləsində vidalaşdığı ilk futbolçudur.
0