Azərbaycanlı futbolçu 650 min avroya satılır
10.12.2008 - 13:15
Azərbaycanlı futbolçu 650 min avroya satılır
Türkiyənin “Boluspor” klubunun formasını geyinən İlqar Qurbanov ən bahalı azərbaycanlı futbolçudur. Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 650 min avroya bərabərdir.

Yarım il əvvələdək Azərbaycan milli komandasında oynayan İlqar bu göstəriciyə əsasən, digər həmvətənlərimizi geridə qoyur. Belə ki, Qurbanovdan sonra ən bahalı azərbaycanlı futbolçu yığmanın kapitanı Rəşad Sadıqov sayılır - 400 min avro. Bundan başqa, İlqar karyeralarını ölkə hüdudlarından kənarda davam etdirən azərbaycanlılar Anatoli Ponomaryov (200 min avro) və Saşa Yunisoğlunu (150 min avro) da xeyli qabaqlayır.

Azərbaycan vətəndaşı statusunu daşıyan ən bahalı oyunçu isə Branimir Subaşiçdir. Əslən serbiyalı olan “Srvena Zvezda”nın 26 yaşlı hücumçusunu almaq istəyən klub 800 min avro xərcləməlidir. Bu siyahıda ikinci pilləni yığmamızın və “Neftçi”nin milliyyətcə ukraynalı üzvü Aleksandr Çertoqanov (450 min avro) tutur.

O ki qaldı Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusuna, bu, “Xəzər-Lənkəran”ın 30 yaşlı türk yarımmüdafiəçi Devran Ayhandır - 1 800 000 avro.

http://transfermarkt.de/de/berater/415/p-m-center-gmbh/uebersicht/beraterdetails.html
0