Qara Qarayevdən idmançıya yaraşmayan hərəkət
10.12.2008 - 13:23
Qara Qarayevdən idmançıya yaraşmayan hərəkət
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Premyer Liqada ilk dövrə başa çatdığı üçün gündəlikdə duran məsələlər digər yarışlarla bağlı olub. Birinci dəstədə çıxış edən “Qafqaz Universiteti” klubunun futbolçusu Tural Qəhrəmanov “Ədliyyə” ilə görüşdə “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəzalandırılıb. Klub futbolçusunun bu hərəkətinə görə 20 manat cərimə olunub.

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Azərbaycan birinciliyinin II turundan təxirə salınmış “Qarabağ” – “İnter” görüşündə ikinci sarı vərəqəyə görə meydandan çıxarılan oyunçuların cəzası eyni olub. Qara Qarayev (“Qarabağ”) idmançıya yaraşmayan hərəkətə, Elnur Abdulov (“İnter”) isə hakimin qərarına etiraz etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub.

Qeyd edək ki, 17 yaşadək futbolçuların yarışında para cəzası nəzərdə tutulmayıb.
0