Yığmamızın ilk rəqibi Hollandiya olacaq
10.12.2008 - 14:53
Yığmamızın ilk rəqibi Hollandiya olacaq
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının Avrora çempionatının ikinci seçmə mərhələsindəki oyunların tarixi müəyyənləşib . AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Lüksemburqda keçirilən mini turnirdə mübarizə aparacaq komandamızın ilk rəqibi Hollandiya olacaq. 2009-cu il martın 19-da “narıncılar”la görüşən Bernard Lippertin yetirmələri iki gün sonra Xorvatiya, 24-də isə meydan sahibləri ilə qarşılaşacaq.

Qeyd edək ki, yalnız qrup qalibi olan komanda gələn ilin mayında Almaniyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.
0