Daha 12 futbolçu “Muğan”dan qovuldu
10.12.2008 - 15:34
Daha 12 futbolçu “Muğan”dan qovuldu
Salyanın “Muğan” klubu daha 12 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, birinci dövrədə qeyri-qənaətbəxş nəticələrə imza atan Salyan təmsilçisinin klub daxili yığıncağında belə qərar qəbul olunub.

Azərbaycan Premyer Liqasının birinci dövrəsini 12-ci yerdə tamamlayan komandanın uğursuzluğunun əsas səbəbi kimi heyətin zəif olması göstərildiyindən ciddi islahatlar gözlənilən idi. Belə ki, salyanlılar hələ birinci dövrə bitməmiş Zeynal Zeynalov və Erik Obidike ilə yollarını ayırmışdı. Birinci dövrənin sifariş vərəqində olan 26 futbolçudan ümumilikdə 14-ü komandadan kənarlaşdıran “Muğan” indi cəmi 12 futbolçu ilə qalıb. “Muğan”dan kənarlaşdırılanların siyahısı kimi, baxışa gələcək oyunçuların adları da açıqlanmır.

Qeyd edək ki, “Muğan” ikinci dövrəyə hazırlıqları hamıdan tez artıq dekabrın 15-də başlamaq niyyətindədir.
0