Xodukin Azərbaycandan getdi
10.12.2008 - 16:05
Xodukin Azərbaycandan getdi
Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin Azərbaycanı tərk edib. 69 yaşlı ukraynalı mütəxəssis apasport.az saytına açıqlamasında hazırda Kiyevdə olduğunu bildirib: “Dekabrın 25-də geri dönüb, ikinci dövrəyə hazırlıq planları, heyətlə bağlı məsələlərlə məşğul olacağam”.
Komandanı əsasən gənc, perspektivli yerli futbolçularla gücləndirmək fikrində olan “İnter” qış fasiləsində gurultulu transferlərə imza atmağı planlaşdırmır. Xodukin müqaviləsi bitmək üzrə olan Valentin Belkeviçi yenidən sərəncamında görmək istədiyi üçün “İnter” onunla anlaşmanı uzatmaqla bağlı danışıqlar aparır. Digər təcrübəli yarımmüdafiəçi Mahmud Qurbanovun da müqaviləsi başa çatmaq üzrə olsa da, klub rəhbərliyi Xodukinin qərarını gözləyir. Yəni, 35 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanması baş məşqçinin asılı olacaq: “Mahmudun məsələsi hələ açıq qalır. Onun “İnter”dəki gələcək taleyi ilə bağlı indidən bir şey deyə bilmərəm. Bunu zaman göstərəcək”.
0