“Qalatasaray” və “Fənərbaxça” argentinalı futbolçunu istəyir
10.12.2008 - 17:32
“Qalatasaray” və “Fənərbaxça” argentinalı futbolçunu istəyir
Türkiyə nəhəngləri “Qalatasaray” və “Fənərbaxça” Belçikanın “Anderlext” klubunun futbolçusuna elçi düşüblər. Apasort.az saytının məlumatına görə, İstanbul təmsilçiləri argentinalı Lukas Biqliyanı transfer etməkdə israrlıdırlar.

Konkret rəqəm açıqlanmasa da, “Anderlext”in 22 yaşlı yarımmüdafiəçi üçün yüksək məbləğ tələb etdiyi bildirilir. Klub rəhbərliyi Biqliyanın transferindən əldə ediləcək pulla heyəti yeni futbolçularla gücləndirməyi planlaşdırıb.

2006-cı ildən Belçikada legioner həyatı yaşayan Biqliya üç il əvvəl gənclərin dünya çempionatında Lionel Messi ilə birlikdə komandasının ən parlaq oyun sərgiləyən futbolçularından olub. Onun 2010-cu il dünya çempionatında Dieqo Maradonanın başçılıq etdiyi yığmada yer alacağı da gözlənilir. Mütəxəssislər istedadlı yarımmüdafiəçinin oyun üslubunu “Milan”ın ulduzu Andrea Pirloya bənzədirlər.
0