Cadugərlər Ronaldoya qarşı
10.12.2008 - 19:00
Cadugərlər Ronaldoya qarşı
Məşhur braziliyalı Ronaldonun “Korintians”la müqavilə bağlaması “Flamenqo” azarkeşlərini qəzəbləndirib. Apasport.az saytının məlumatına görə, Rio-de-Janeyro komandasının tərəfdarları 32 yaşlı futbolçudan qisas almaq məqsədilə cadugərə müraciət ediblər. “Flamenqo”nun fan-klubunun nümayəndəsi Xuan Karlos Peruano bildirib ki, bu addımı atmaqla, magiyanın köməyi ilə Ronaldoya ziyanı vurmaq istəyirlər. Peruanonun sözlərinə görə, cadunun nəticəsində hücumçunun “Korintians”ın heyətində keçirəcəyi oyunların birində ayağı qırılacaq. Azarkeşlərin qəzəbinə əsas səbəb odur ki, Ronaldo uzun müddət “Flamenqo”da məşq etdiyi halda, San-Paulo təmsilçisi ilə müqavilə bağlamağa üstünlük verib. Bunu eşidən “Flamenqo”nun azarkeşlər qrupu dünya çempionunun şəkli ilə yanaşı, onun arxasında adı olan geyimi də yandırıblar.
0