Türkiyəli futbolçular oyundan sonra əlbəyaxa döyüşə çıxdılar
10.12.2008 - 19:34
Türkiyəli futbolçular oyundan sonra əlbəyaxa döyüşə çıxdılar
Türkiyənin aşağı divizionunda xoşagəlməz hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Bandırmaspor” və “İzmirspor” klubları arasında keçirilən futbol oyundan sonra dava düşüb.

Hakimin final fitindən sonra paltardəyişmə otağına yollanan futbolçular bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Bunun ardından isə iki komandanın üzvləri əlbəyaxa olublar. Yalnız polisin müdaxiləsi nəticəsində futbolçuları sakitləşdirmək mümkün olub. Bir müddət qonaq komandanın paltardəyişmə otağının qarşısında dayanan polislər onları avtobusa kimi müşayiət ediblər.
0