Subaşiç ili “18-lik”dən kənarda bitirdi
11.12.2008 - 11:00
Subaşiç ili “18-lik”dən kənarda bitirdi
Serbiya çempionatında qış fasiləsi ərəfəsində sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Srvena Zvezda” üçün XVII tur uğursuz alınıb. Belqrad təmsilçisi öz meydanında “Xayduk”a 1:2 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq hesabında 30 xal olan “Srvena Zvezda” çempionatın ilk hissəsini üçüncü yerdə bitirib.

26 yaşlı hücumçu bu qarşılaşmada nəinki forma geyinib, heç “18-liy”ə də daxil edilməyib. Ümumilikdə, yığmamızın futbolçusu ilk 17 turda 11 matç keçirib. Bu oyunlarda 691 dəqiqə meydanda olan Branimir 3 qol və bir sarı vərəqə ilə də fərqlənib. Serbiya mətbuatı hücumçunun çempionatdakı çıxışını orta hesabla 6,33 balla qiymətləndirib.

Xatırladaq ki, Branimir “Srvena Zvezda”nın heyətində daha iki dəfə UEFA, bir dəfə ölkə kubokunun oyununa çıxıb.
0