Azərbaycanlı futbolçu: mən keçiyəm!
11.12.2008 - 11:20
Azərbaycanlı futbolçu: mən keçiyəm!
Kiyevin “Dinamo” klubunda çıxış edən soydaşımız Aleksandr Əliyev özünü biabır edib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Londonda “Arsenal”la görüşdə (0:1) meydandan qovulduğu üçün lüksemburqlu FİFA hakimi Alan Hameri müsahibəsində keçi adlandıran futbolçu sonradan özünə bəraət qazanmaq üçün orijinal yol tapıb.

Müsahibə verdiyi qəzetin redaksiyasına zəng edən Əliyev qalmaqalı ört-basdır etmək üçün əvvəlcə hakimin ünvanına dedikləri sözlərə görə üzr istəyib. Ancaq Aleksandr sonradan söylədiyi fikirlərlə yenidən hər şeyi qarışdırıb: “Əslində, mən bütün bunları özüm haqda deyirdim”. İndi jurnalistlər çaş-baş qalıblar. Görəsən, əslində keçi kimdir: hakim, yoxsa futbolçu?
0