AFFA Nürnberq futbol akademiyası ilə əməkdaşlıq etmək istəyir
11.12.2008 - 11:39
AFFA Nürnberq futbol akademiyası ilə əməkdaşlıq etmək istəyir
AFFA Almaniyanın Nürnberq futbol akademiyası ilə əməkdaşlıq etmək niyyətindədir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu məqsədlə AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Almaniyaya yollanıblar. Səfərin məqsədi Nürnberq şəhərindəki futbol akademiyasının iş prinsipi ilə tanışlıq, burada tətbiq edilən tədris sisteminə yaxından bələd olmaqdır. AFFA rəsmiləri Nürnberq futbol akademiyasının rəhbərliyi ilə danışıqlar aparacaq, qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Qeyd edək ki, bu ilin əvvəlində baş katib Elxan Məmmədov İsveçrədə fəaliyyət göstərən futbol akademiyasının iş prinsipi ilə tanış olmaq üçün bu ölkəyə səfər etmişdi.

0