“Şəfa” stadionunda hesabat-seçki konfransı
11.12.2008 - 12:16
“Şəfa” stadionunda hesabat-seçki konfransı
Dekabrın 21-də saat 11:00-da “Şəfa” stadionunun konfrans zalında Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) III hesabat-seçki Konfransı keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, konfransda hesabat dövrü ərzində görülən işlər barədə məruzələr dinləniləcək. Eyni zamanda, Azərbaycan Həvəskar Futbol Federasiyasının prezidenti vəzifəsinə seçki keçiriləcək.

Qeyd edək ki, hazırda AHFF-yə Kamil Rəhimov rəhbərlik edir.
0