FİFA hakimi həbs edildi
11.12.2008 - 12:41
FİFA hakimi həbs edildi
Polşa futbolu növbəti qalmaqal içindədir. Apasport.az saytının məlumatına görə, prokurorluq əməkdaşları ölkənin ən tanınmış hakimlərindən birini həbs edib.

Polşa qanunvericiliyinə əsasən saxlanılan şəxsin adı açıqlanmır. Amma onun rüşvətxorluğa görə həbs edildiyi haqda xəbərlər yayılıb. Mətbuat bu referinin Qjeqoj Qilevski olduğunu iddia edib. 35 yaşlı FİFA hakimi 2010-cu ildə CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə yollanmağa namizəddir.
0