Tuncay təkliflər aldığını etiraf etdi
11.12.2008 - 18:53
Tuncay təkliflər aldığını etiraf etdi
Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı “Midlsbro” klubunu tərk etmək məsələsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, İngiltərənin digər təmsilçisi “Çelsi”yə keçəcəyi ilə bağlı xəbərlər yayılan hücumçu Əmrə Canla söhbətində mümkün transferi ilə bağlı fikirlərini bölüşüb. “Fənərbaxça”nın sabiq rəsmisi isə Tuncayla arasında olan söhbəti mətbuata açıqlayıb. Onun sözlərinə görə, hücumçu cəlbedici təkliflər aldığını, lakin danışıqları “transfer pəncərəsi”nin açıq olduğu yanvar ayında aparacağını bildirib. Can zədəsini sağaltdığına sevinən Tuncayın ağır məşqlərə qatlaşdığı üçün yorğun göründüyünü də qeyd edib.
0