İngilislərin ən populyar məşqçisi Bakıya gələcək
11.12.2008 - 18:57
İngilislərin ən populyar məşqçisi Bakıya gələcək
İngilislərin ən populyar məşqçisi Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Rusiya millisinin baş məşqçisi Qus Hiddink ingilis britaniyalı arasında ən məşhur mütəxəssis sayılır. 23 faiz səs toplayan holland məşqçiyə 185 ölkədən 32 min fanat dəstək olub. Bu sorğu İngiltərə Premyer Liqasının baş sponsoru olan “Barclays” şirkəti tərəfindən keçirilib.

Ən məşhur futbolçu “Liverpul” klubunun ispan hücumçusu Fernando Torres olub – 38 faiz. “Barselona” klubunun argentinalı yarımmüdafiəçisi Lionel Messi isə İngiltərənin hüdudlarından kənarda çıxış edən ən populyar futbolçu olub.

Çempionlara gəlincə, azarkeşlər İngiltərə Premyer Liqasından sonra İspaniya Primerosu (45 faiz) və İtaliya A seriyasına (18 faiz) səs verib.
Qeyd edək ki, Rusiya yığması cari seçmə mərhələdə son oyununu gələn ilin oktyabrın 14-də Bakıda milli komandamıza qarşı keçirəcək.
0