Prokurorluq danışılmış oyunları araşdırmağa başladı
11.12.2008 - 19:03
Prokurorluq danışılmış oyunları araşdırmağa başladı
İspaniya Futbol Federasiyası (İFF) ölkə prokurorluğuna rəsmi müraciət edib. Apasport.az saytının məlumatına görə, federasiya milli çempionatda iki oyunun – “Atletik” – “Levante” (2:0) və “Malaqa” – “Tenerife” (2:1) görüşlərinin araşdırılmasını istəyir. Hər iki oyunun danışılmış olması ilə bağlı tutarlı əsaslar var.

“Atletik”in prezidenti Xulio Romero ilə “Levante”nin futbolçusu İnyaki Deskarqo arasında danışığın yazısı televiziyada səsləndirilib ki, bunun da əsasında nəticənin əvvəldən razılaşdırılması aydın olur. Bu komandalar arasında 2006/07 mövsümündə keçirilən matçıq nəticəsinə əsasən “Atletik” Primeroda yerini qoruyub, “Selta” birinci diviziona düşüb.

“Malaqa” ilə “Tenerife” arasında ötən mövsüm keçirilən görüşün nəticəsində isə meydan sahibləri yüksək liqaya çıxıb, “Real Sosyedad” birinci divizionda qalıb. Bu klubun prezidenti İnyaki Badolo ilə telefon söhbətində “Malaqa”nın futbolçusu Xesuli “Tenerife”nin nümayəndələrinin ona oyundan əvvəl rüşvət vəd etdiyini etiraf edib.

Həmin danışığın məti yerli mətbuatda dərc olunub. Hazırda “Sevilya”da çıxış edən Xesuli həmin görüşdə iştirak etməsə də, dediyinə görə, 6 min avroya yaxın pul alıb.
0