Paşayev avtomobil qəzasına düşdü
11.12.2008 - 19:14
Paşayev avtomobil qəzasına düşdü
Ukraynanın “Dnepr” klubunda çıxış edən soydaşımız Maksim Paşayev bu gün avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, Kremençuqdan Kiyevə şəxsi maşınında gələn futbolçu sükan arxasında olub. Paşayevin idarə etdiyi avtomobil Poltava vilayətinin Qradjisk şəhəri yaxınlığında buzla örtülmüş yolda sürüşərək su arxına düşüb. Ağır vəziyyətdə olan Maksim Qradjisk şəhərinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ukrayna gənclər yığmasının şərəfini qoruyan Paşayev cari çempionatda “Dnepr”in heyətində 17 oyunun hamısında meydana çıxıb.
0