“İnter”in rəqibi üç oyunçusunu itirə bilər
12.12.2008 - 10:33
“İnter”in rəqibi üç oyunçusunu itirə bilər
“MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Dordoy-Dinamo” üç oyunçusunu itirə bilər. Apasport.az saytının məlumatına görə, Qırğızıstan çempionunun aparıcı futbolçuları Rusiyanın “Rubin” komandasına baxışa yollanacaq. Şimallıların baş məşqçisi Qurban Berdıyevin bu oyunçuları bəyənəcəyi halda, bakılıların rəqibi futbolçularla vidalaşmalı olacaq. Qırğızıstanlı futbolçuların “Rubin”də baxışda olması ilə bağlı razılıq xeyli əvvəl əldə olunmuşdu. Artıq Rusiyaya gedəcək oyunçuların adları da məlum olub. Müdafiəçi Əzəmət Baymatov, yarımmüdafiəçi Vadim Xarçenko və hücumçu Mirlan Murzayev dekabrın 17-dən 23-dək Kazan təmsilçisinin düşərgəsində olacaq.
0