UEFA Juninyonu cəzalandırdı
12.12.2008 - 10:38
UEFA Juninyonu cəzalandırdı
UEFA Fransanın “Lion” klubunun iki oyunçusunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının “Fiorentina” ilə matçında bilərəkdən sarı vərəqə alan braziliyalılar Kris və Juninyoya para cəzası kəsilib. Onlar həmin qarşılaşmada bu hərəkəti etməklə heç bir əhəmiyyət kəsb etməyən sonuncu turu buraxıb. “Bavariya” ilə görüşdə dincələn legionerlər bununla da hesablarında olan sarı vərəqələri silməyə nail olub. Oyunun videoyazısını izləməklə qərar çıxaran UEFA Krisi 15, Juninyonu isə 10 min avro cərimələyib.

Qeyd edək ki, 2004-cü ildə eyni hərəkətə yol verən Devid Bekhem cəzasız qalmışdı. O vaxt Uelslə qarşılaşmada bilərəkdən Ben Tetçerə qarşı kobudluq edən İngiltərə yığmasının kapitanı Azərbaycan milli komandası ilə Bakıdakı oyunu buraxmalı olmuşdu. Həmin hadisəyə göz yuman UEFA Bekhemin davamçılarını cəzalandırmaqla belə hallarla mübarizə aparacağını göstərib.
0