Sadıqov ilin ən yaxşı futbolçusu seçildi
12.12.2008 - 10:51
Sadıqov ilin ən yaxşı futbolçusu seçildi
Qırğızıstan Futbol Federasiyası müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun “MDB və Baltikyanı ölkələrin Birlik Kuboku” turnirindəki rəqibi “Dordoy-Dinamo”nun futbolçuları sorğunun qalibləri sırasında yer alıb.

Belə ki, beş nominasiyadan dördündə Narın təmsilçisinin futbolçusu birinci olub. Səslərin 45 faizini toplayan Ruslan Sadıqov üçüncü dəfə ilin futbolçusu seçilib. 33 yaşlı müdafiəçi komanda yoldaşı, çempionatın ən yaxşı bombardiri Devid Tetteni qabaqlayaraq birinci olub. Sadıqov həm də ən yaxşı müdafiəçi seçilib. Dekabrın 17-də “Rubin”ə baxışa yollanacaq Mirlan Murzayev hücumçular, Vadim Xarçenko isə yarımmüdafiəçilər arasında ən yaxşı adını qazanıb.

Qeyd edək ki, “Birlik kuboku” turnirinin ilk turunda baş tutacaq “Dordoy-Dinamo” matçı 2009-cu il yanvarın 17-də Moskvanın “Dinamo” manejində keçiriləcək.
0