Anri “Fənərbaxça”ya ağız büzdü
12.12.2008 - 10:53
Anri “Fənərbaxça”ya ağız büzdü
“Həqiqətən də bir neçə ay öncə “Fənərbaxça”dan təklif almışam. Amma mən Türkiyədə çıxış etməyi düşünmürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransa yığmasının və “Barselona”nın futbolçusu Tyeri Anri deyib.

Türkiyə mətbuatına müsahibə verən 31 yaşlı hücumçu həmişə yüksək səviyyəli çempionatlarda oynamaq istəyini gizlətməyib: “Səviyyəli çempionatlarda mübarizə aparan böyük klubların formasını geyinmək arzusundayam. Karyeramı ya “Barselona”da, ya da İngiltərə komandalarının birində başa vuracağam. İspaniya, İngiltərə kimi ölkələrin klublarında oynaya bilmədiyim zaman futbolla vidalaşacağam”.

Qeyd edək ki, bu ilin yayında “Fənərbaxça” rəhbərliyi Anrini heyətə cəlb etmək istəsə də, fransız hücumçunun transferi alınmayıb.
0