Hiddink Azərbaycanla görüşə 20 futbolçu ilə hazırlaşacaq
12.12.2008 - 11:09
Hiddink Azərbaycanla görüşə 20 futbolçu ilə hazırlaşacaq
Rusiya yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla rəsmi oyunun ilkin hazırlıq mərhələsində 20 futbolçu yer alacaq. Apasport.az saytının məlumatına görə, holland çalışdırıcı Qus Hiddink gələn ilin fevralın 8-dən 12-dək Türkiyənin Antalya şəhərinə keçiriləcək təlim-məşq toplanışına çağıracağı heyəti yanvarın ortasında açıqlayacaq. Hiddink bildirib ki, bu il milli komandanın özəyini təşkil edən futbolçular yenə heyətdə yer alacaq: “Türkiyədəki toplanışa 20 futbolçu dəvət edəcəyimiz gözlənilir. Çünki bu sayı optimal hesab edirik. Ola bilsin ki, siyahıda bir-iki nəfər az, yaxud çox olsun. Hazırlıq proqramı ötən ilin fevralındakı kimi olacaq. Yəni, hər gün məşqlər, sonuncu gün isə ikitərəfli oyun keçirmək nəzərdə tutulub”.
0