Baş nazir: “Barselona” “Real”ı darmadağın edəcək
12.12.2008 - 11:32
Baş nazir: “Barselona” “Real”ı darmadağın edəcək
İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero Madridin “Real” və “Barselona” klubları arasında sabah keçiriləcək derbi oyunla bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, Sapatero “Real”ın nəinki qələbə qazanmaq, hətta heç-heçə edə bilmək şansının olmadığına əmindir. Baş nazirin fikrincə, “Barselona”ya öz meydanında “Real”ı məğlub etmək problem yaratmayacaq. Oyunun nəticəsi ilə bağlı proqnoz verməkdən də çəkinməyən Sapatero “Barselona”nın 5:1 hesabı ilə qələbə qazanacağını bildirib: “Ona görə belə deyirəm ki, “Real”ın müdafiə xətti çox zəifdir. Hətta üçüncü divizion komandasını müdafiəsi “Kral klubu”ndan yaxşıdır”.
0