Futbol Federasiyasının prezidenti istefa verdi
12.12.2008 - 11:33
Futbol Federasiyasının prezidenti istefa verdi
Yunanıstan Futbol Federasiyasının (YFF) prezidenti Vasilis Qaqatsis istefa verib. Apasport.az saytının məlumatına görə, quruma 11 il rəhbərlik etmiş Qaqatsis istefa ərizəsini könüllü şəkildə yazıb.

Lakin 53 yaşlı sabiq prezidentin postundan ayrılmasının YFF-də aparılan yoxlamalarla əlaqəli olması barədə də ehtimal irəli sürülür. Məsələ burasındadır ki, hazırda federasiyanın külli miqdarda borcu var və bu səbəbdən müvafiq orqanlar qurumda araşdırmaya başlayıblar.

YFF-in növbəti prezidentinin adı isə gələn il yanvarın sonunadək müəyyənləşəcək. Həmin vaxtadək təşkilata vitse-prezident Vasilis Hatsiapostol başçılıq edəcək.

Qeyd edək ki, Yunanıstan yığması futbolunun tarixinin ən böyük uğurunu – Avropa çempionu titulunu 2004-cü ildə məhz Qaqatsisin prezidentliyi dövründə qazanıb.
0