“Bakı” Burundi yığmasının müdafiəçisi ilə müqavilə bağladı
12.12.2008 - 12:44
“Bakı” Burundi yığmasının müdafiəçisi ilə müqavilə bağladı
“Bakı” dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası heyətinə iki afrikalı futbolçu cəlb edib. Hücumçu Biaye Papa Cheikhouna Seneqal vətəndaşıdır. Digər futbolçu, ampluası müdafiəçi olan Ndayisaba Floribert isə Burundidəndir. Hər iki futbolçu ilə 2 il 6 ay müddətinə müqavilə imzalanıb.

Peşəkar karyerasını 2004-cü ildə “Çanik” klubunda başlayan Ndayisaba növbəti üç ili “Vitalo”da keçirib. Burundi milli komandasının oyunçusu olan Floribert 2006-cı ildən yığmaya cəlb olunur. 19 yaşlı müdafiəçi Sumqayıtın “Gənclərbirliyi” komandasının sabiq çalışdırıcısı Adel Amruşun güvəndiyi futbolçulardandır. Hazırda Burundi millisini çalışdıran Amruş 2010-cu il dünya çempionatının seçmə mərhələsinin bu il keçirilən 6 görüşündə müdafiəçini meydana buraxıb.

0