Harri Kyuell “Qalatasaray”dan ayrıldı
12.12.2008 - 12:49
Harri Kyuell “Qalatasaray”dan ayrıldı
“Qalatasaray”ın avstraliyalı legioneri Harri Kyuell üçün birinci dövrə vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İstanbulu tərk edərək vətəninə qayıdıb.

Avstraliya milli komandasının baş məşqçisi Pim Verbeek Kyuellin qasıq nahiyəsindən cərrahiyyə əməliyyatı olacağını bildirib. Təcrübəli futbolçu ötən tur “Ankaragücü” ilə səfər matçında zədələnib. “Galatasaray”ın 3-0 qalib gəldiyi görüşdə qol vuran Kyuell bu səbəbdən ikinci hissədə əvəzlənib.
0