“Muğan” daha iki futbolçu ilə vidalaşdı
12.12.2008 - 13:20
“Muğan” daha iki futbolçu ilə vidalaşdı
Salyanın “Muğan” klubu daha iki futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı qapıçı Ruslan Quliyev və yarımmüdafiəçi Elnur Məmmədovla vidalaşıb. Hər iki futbolçu cari mövsümdən “Muğan”da çıxış edir. Bu gün əmək haqlarını alan oyunçular yola salınıb.

Ruslan Premyer Liqada “Muğan”ın heyətində keçirdiyi 2 oyuna 7 qol buraxıb. Quliyevdən fərqli, komandanın əsas heyət oyunçusu olan Məmmədov 12 matçda meydana çıxıb.

Qeyd edək ki, salyanlılar buna qədər 14 futbolçu ilə vidalaşmışdı.
0