Platini Ukraynaya xəbərdarlıq etdi
12.12.2008 - 13:48
Platini Ukraynaya xəbərdarlıq etdi
Polşa 2012-ci il Avropa çempionatını təkbaşına keçirə bilər. Apasport.az saytının məlumatına görə, bu bəyanatla UEFA-nın prezidenti Mişel Platini çıxış edib.

“Ukraynalılar Kiyevdə olan stadionları vaxtında hazırlaya bilməsələr, yarışı Polşa təşkil edəcək. Növbəti Avropa çempionatı ən yaxşılardan ola bilər. Bu bir şansdır. Futbol şərqi Avropada arzulaya bilməyəcəyiniz səviyyədə inkişaf edə bilər” – deyə Platini bildirib.

Qeyd edək ki, Polşa və Ukrayna 2012-ci il Avropa çempionatının təşkilatçılıq hüququna ötən ilin aprelində sahib çıxıblar.
0