AVRO-2016 harada keçiriləcək?
12.12.2008 - 15:10
AVRO-2016 harada keçiriləcək?
UEFA 2016-cı il Avropa çempionatına (AÇ) ev sahibliyi ilə bağlı kompaniyaya başlayır. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu AÇ-nin final mərhələsini keçirmək istəyən ölkələrdən bununla bağlı rəsmi müraciətləri dekabrın 15-dən qəbul edəcək. Gələn ilin martın 9-da ilkin mərhələyə yekun vuracaq UEFA daha sonra ikinci mərhələyə start verəcək. Həmin mərhələdə üç-dörd müraciəti geniş nəzərdən keçirəcək qitə futbol qurumu bu prosesə 2010-cu il fevralın 15-də yekun vuracaq. Avro-2016-ya ev sahiblik edəcək ölkənin adı 2010-cu il mayında açıqlanacaq.

Qeyd edək ki, Rusiya Avro-2016-nı keçirməklə müraciət etməyəcək. Bununla bağlı rəsmi açıqlama verən Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko fikrini belə əsaslandırıb: “Məlum olduğu kimi, Avro-2012-yə Ukrayna ilə Polşa birgə ev sahiblik edəcək. Hesab edirəm ki, qitə birinciliyini ardıcıl ikinci dəfə Şərqi Avropa ölkəsinin keçirməsinə imkan verməzlər”.
0