Avtomobil qəzasına düşən azərbaycanlı futbolçu dünyasını dəyişdi
12.12.2008 - 15:20
Avtomobil qəzasına düşən azərbaycanlı futbolçu dünyasını dəyişdi
Ukraynanın “Dnepr” klubunda çıxış edən soydaşımız Maksim Paşayev həlak olub. Apasport.az saytının məlumatına görə, avtomobil qəzasına düşən futbolçunu həyatını xilas etmək mümkün olmayıb. Paşayevin idarə etdiyi avtomobil Kiyevə gələrkən, Poltava vilayətinin Qradjisk şəhəri yaxınlığında qəzaya uğrayıb. Maksim Qradjisk şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ağır kəllə-beyin zədəsi alan Paşayev bu gün dünyasını dəyişib.

Qeyd edək ki, “Dnepr”in əsas heyət üzvü sayılan 20 yaşlı Maksim Ukraynanın gənclər yığmasının kapitanı olub.
0