“Brilyant top” mükafatına beş namizəd qaldı
12.12.2008 - 16:44
“Brilyant top” mükafatına beş namizəd qaldı
FİFA 2008-ci ilin futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu ötən ay açıqladığı ilkin siyahıdan yalnız 5 namizədin adını saxlayıb. Bu, milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən sorğunun nəticələrinə əsasən məlum olub. Ən çox səs toplayan “beşliy”i Qala gecəsinə dəvət edəcək FİFA qaliblərin adlarını orada açıqlamaq istəyir. “Brilyant top”un qaliblərinin mükafatlandırılması gələn il yanvarın 12-də İsveçrənin Sürix şəhərinin Opera və Balet teatrında keçiriləcək. Əvvəlki illərdən fərqli, FİFA Qala gecəyə 3 yox, 5 namizədin adını açıqlayıb.

Planetin ən yaxşı futbolçusu adına sorğunun ötən ilki qalibi Kaka (Braziliya, “Milan”), “France football” nəşrinin bu il Avropanın ən yaxşısı seçdiyi Kriştianu Ronaldo (Portuqaliya, “Mançester Yunayted”), həmçinin Xavi (İspaniya, “Barselona”), Lionel Messi (Argentina, “Barselona”) və Fernando Torres (İspaniya, “Liverpul”) iddia edir.

Qadınlar arasında isə “beşlik”də Birgit Prinz və Nadine Angerer (hər ikisi Almaniya), Kristian və Marta (hər ikisi Braziliya), və Kelli Smit (İngiltərə) yer alıb.
0