AFFA rəhbərliyi Almaniyada görüşlər keçirib
12.12.2008 - 16:54
AFFA rəhbərliyi Almaniyada görüşlər keçirib
Almaniyada işgüzar səfərdə olan AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevlə baş katib Elxan Məmmədov bir sıra görüşlər keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya rəhbərliyi səfər proqramı çərçivəsində iki gündə Nürnberqdəki futbol akademiyasının iş prinsipi ilə ətraflı tanış olmaqla yanaşı, gənclər və uşaq komandalarının texniki direktoru Rayner Zieç ilə akademiyanın koordinatoru Martin Krahla görüşüblər. Görüşdə Nürnberq futbol akademiyasının rəhbərliyi akademiyanın iş prinsipi, infrastruktur, tədris sistemi barədə ətraflı məlumat verib. Bundan əlavə, gənc futbolçularımızın gələcəkdə bu akademiyada təlim-məşq toplanışında iştirak etməsi müzakirə olunub.
0