“Dordoy-Dinamo” “Spartak” və “Lokomotiv”in futbolçularını baxışa çağırıb
12.12.2008 - 17:35
“Dordoy-Dinamo” “Spartak” və “Lokomotiv”in futbolçularını baxışa çağırıb
“MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Dordoy-Dinamo” baxışa yeni oyunçular dəvət edib. Apasport.az saytının məlumatına görə, Qırğızıstan çempionu Moskvanın “Spartak” və “Lokomotiv” komandalarının oyunçularını sınaqdan keçirəcək. Gələn il yanvarın 11-də Moskvaya yollanacaq “Dordoy-Dinamo”nun rusiyalı baş məşqçisi Sergey Dvoryankov turnirin startınadək baxışdan keçirəcəyi 5 həmyerlisinə “Birlik kuboku”nda güvənmək istəyindədir. Həm yarış öncəsi hazırlıqlarda, həm də turnirin gedişində özünü yaxşı tərəfdən göstərən oyunçular komandada qalacaq. Bir vaxtlar “Spartak”ın heyətində oynamış Dvoryankov bu komandanın 3, “Lokomotiv”in isə 2 futbolçusunu yoxlayacaq. Bu oyunçulardan 4-ün 18, birinin isə 21 yaşı var.
0