Daha bir futbolçumuz Türkiyədə oynayacaq
12.12.2008 - 18:39
Daha bir futbolçumuz Türkiyədə oynayacaq
Azərbaycan yığmasının sabiq futbolçusu Ramal Hüseynov karyerasını Türkiyədə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi apasport.az saytına açıqlamasında aşağı dəstə təmsilçisi “Girəsunspor” klubuna keçidinin gündəmdə olduğunu bildirib. Onun sözlərinə görə, artıq gələn həftənin çərşənbə günü qonşu ölkəyə yollanacaq: “Bu komanda hələ yayda Antalyada məni bəyənib. Məhz bu səbəbdən “Girəsunspor” məni baxışdan keçirməyə ehtiyac duymur. Mənə birbaşa müqavilə dəvət edir”.

Hüseynovun “Bakı” ilə müqaviləsinin olmasına baxmayaraq, keçidində ciddi problem olmamalıdır: “Klubumuzun vitse-prezidentləri Zeynal Məmmədovla türkiyəli Tunc bəy keçidimdə vasitəçidir. “Bakı” məni birdəfəlik buraxmaq istəmir. Onlar məni yarım illiyə icarəyə verəcəklər”.

Qeyd edək ki, “Girəsunspor” milli komandamızın digər sabiq futbolçusu İlqar Qurbanovun yer aldığı “Boluspor”la birgə Bank Asiya liqada çıxış edir. Girəsun şəhərini təmsil edən komanda 18 komanda arasında 17-ci yerdədir.
0