Yığmamızın yarımmüdafiəçisi baxışda olduğu Türkiyə klubunda qol vurub
12.12.2008 - 18:51
Yığmamızın yarımmüdafiəçisi baxışda olduğu Türkiyə klubunda qol vurub
Azərbaycanın olimpiya yığmasının futbolçusu Vasif Əliyev Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi bu ölkənin birinci liqasında çıxış edən “Girəsunspor” klubunda baxışdadır. Vasif yoxlama oyununda özünü yaxşı tərəfdən göstərib. Belə ki, futbolçumuz iki qol vurmaqla, özü haqda müsbət fikir formalaşdırıb.

Qeyd edək ki, Vasif cari mövsümdə “Bakılı” klubunda çıxış edib.
0