Avropa çempionuna qadağa qoyuldu
12.12.2008 - 23:37
Avropa çempionuna qadağa qoyuldu
Bu il İspaniya milli komandasının heyətində Avropa çempionu olan Ruben De la Redin futbol oynamasına qadağa qoyulub. Apasport.az saytının məlumatına görə, artıq 23 yaşlı yarımmüdafiəçinin adı Madridin “Real” klubunun cari mövsüm üçün tərtib olunmuş iştirak ərizəsindən çıxarılıb.

Ruben bir neçə həftə öncə İspaniya kuboku uğrunda yarşda 3-cü divizion klubu “Union” klubu ilə görüşün 18-ci dəqiqəsində huşunu itirərək, yerə yıxılıb. Sonradan xəstəxanada özünə gələn futbolçunun belə vəziyyətə düşməsini yorğunluqla əlaqələndirən həkimlər onun məşqlərdə ağır yüklənmələrə dözmədiyini söyləyiblər.

“Real”ın tibbi personalı öncə De la Redi yenidən oynayacağına əmin edirdi. Ancaq sonradan klubun həkimləri ispan futbolçunun yenidən xoşagəlməz halla üzləşməyəcəyinə zəmanət verməyiblər. Nəticədə “Real” rəhbərliyi Rubeni heyətdən çixarmaq qərarına gəlib. Gənc, perspektivli yarımmüdafiəçinin səhhətindəki problemə görə tezliklə karyerasını bitirəcəyi gözlənilir.
0