“Qalatasaray” bu dəfə Ankarada çoşdu
13.12.2008 - 00:44
“Qalatasaray” bu dəfə Ankarada çoşdu
“Qalatasaray” bu il Türkiyə Superliqası çərçivəsində paytaxt Ankaraya son səfərini uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, Mixael Skibbenin yetirmələri rəqib meydanında “Gənclərbirliyi”nə qalib gəliblər - 3:1.

İstanbul təmsilçisi oyunun 26-cı dəqiqəsində məğlub duruma düşməsinə baxmayaraq, tezliklə təşəbbüsə yiyələnib. “Cim Bom” növbəti 15 dəqiqədə 3 qol vuraraq, lazımi nəticəni qazanıb. “Sarı-qırmızılılar”ın heyətində Kassio Linkoln (27-ci dəqiqə), Milan Baroş (39-cu dəqiqə) və Arda Turan (42-ci dəqiqə) fərqlənib.

Beləliklə, 15 oyundan 30 xal toplayan “Qalatasaray” ikinci pilləyə yüksəlib.
0