“Fənərbaxça”nı Braziliyanın ən yaxşı məşqçisi çalışdıra bilər
13.12.2008 - 12:30
“Fənərbaxça”nı Braziliyanın ən yaxşı məşqçisi çalışdıra bilər
“Fənərbaxça” rəhbərliyi Vanderley Luşemburqunu yenidən komandanın baş məşqçisi postuna qaytarmaq istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisi hazırkı ispan çalışdırıcısı Luis Araqonesi braziliyalı mütəxəssislə dəyişdirməyə qərar verib. “Palmeyras”la yeni müqavilə imzalamayan Vanderley Braziliyanın digər təmsilçiləri – “Santos” və “İnternasional”ın da təklifindən üz çevirib. Bu il vətənində ən yaxşı məşqçi seçilən Luşemburqu yenidən Avropada çalışmaq istəyir: “Məqsədim ünlü bir klubu çalışdırmaqdır. Bu yöndə variantlar olsa da, konkret adlar açıqlaya bilmərəm. “Fənərbaxça”nın mənimlə maraqlanmasına gəlincə, müzakirə açmaq düzgün olmazdı”.

Qeyd edək ki, komandanın çempionatda, həm də Çempionlar Liqasında zəif çıxışına görə 70 yaşlı Araqonesdən ciddi narazı olan “Fənərbaxça”nın rəhbərliyi dövrlərarası fasilədə Luşemburqu ilə ortaq məxrəcə gəlmək fikrindədir.
0