Mübariz Mənsimov yol qəzasına düşən klub rəsmisinə yardım etdi
13.12.2008 - 12:34
Mübariz Mənsimov yol qəzasına düşən klub rəsmisinə yardım etdi
“Beşiktaş” klubunun keçmiş rəsmisi İhsan Kalkavan avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, tanınan iş adamının idarə etdiyi avtomobil Bodrumda yol kənarındakı ağaca dəyib. Yaralanan Kalkavan telefon vasitəsilə dostlarından – Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Kamal Ulusu, Ayhan Bermek və Sərdar Karcıoğludan yardım istəyib. Onların köməyilə xəstəxanaya yerləşdirilən iş adamının burnu qırılıb.
Kalkavana “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov da öz köməyini göstərib. “Palmalı” Şirkətlər Qrupunun sahibi olan Mənsimov Kalkavanı şəxsi təyyarəsi ilə İstanbula gətirib və səbəbkar oradakı xəstəxanada müalicə olunur.
0