Tuncay gülməli təklif alıb
13.12.2008 - 12:59
Tuncay gülməli təklif alıb
“Midlsboro” klubu Tuncay Şanlının transferi ilə bağlı “Çelsi”nin 8 milyon avroluq təklifi rədd edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı türkiyəli futbolçunun keçidi üçün bu məbləği az hesab edən komandanın baş məşqçisi Qaret Sautqeyt yaxşı oyunçunun satışının bundan iki dəfə çox təklif ediləcəyi halda mümkünlüyünə işarə vurub. Heç bir futbolçunu satmaq fikrində olmayan “Midlsbro”nun çalışdırıcısı “Çelsi”nin Tuncayla bağlı təklifini təbəssümlə qarşılayıb: “Bu rəqəm çox gülməlidir. Tuncay bizim üçün çox önəmli bir futbolçudur. Onun futbol zəkası müdhişdir. Şanlının önəmli xüsusiyyətlərindən biri fərqli mövqelərdə oynaya bilməsidir. Ötən mövsüm komandamızda debüt edən Tuncay 8, cari mövsümdə 4 qol vurub. Onunla çalışmaq bizim üçün böyük zövq verir. “Çelsi” kimi klubun Şanlı ilə maraqlanması bizim üçün sürpriz deyil”.
0