Səkkiz futbolçu “Qəbələ”dən uzaqlaşdırıldı
13.12.2008 - 15:43
Səkkiz futbolçu “Qəbələ”dən uzaqlaşdırıldı
“Qəbələ” klubunu tərk edən futbolçuların siyahısı məlum olub. Apasport.az saytınının məlumatına görə, qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Miliya Jijiç, Elnur Abbasov, yarımmüdafiəçilər Şəhruz Mustafayev, Samir Məmmədov, Asen Nikolov, hücumçular Fərrux İsmayılov və Fərzad Hatəmi transferə çıxarılıblar.

Baş məşqçi Ramiz Məmmədov qovulan futbolçulara öz təşəkkürünü bildirib: “Onlar bacardıqları qədər kömək etməyə çalışdılar. Buna görə hər birinə minnətdaram. Lakin müxtəlif səbəblər ucbatından onlarla yollarımızı ayırmağa məcbur olduq. Bəziləri kollektivə uyğunlaşa bilmədilər, bəziləri zədə problemi ilə üzləşdilər. Bir sözlə, qarşılarına qoyulan vəzifəni yerinə yetirə bilmədilər. Onlar heç biri zəif futbolçu deyillər. Sadəcə birgə fəaliyyətimiz səmərəsiz alındı".

Qeyd edək ki, Samir Məmmədov 2006-cı ilin yayında, Şəhruz Mustafayev həmin ilin qışında komandaya gəliblər. Digərləri isə "Qəbələ"yə cari mövsümün əvvəlində transfer olunublar.
0