“İnter”in rəqibi “Lokomotiv”lə qarşılaşacaq
15.12.2008 - 10:29
Bakının “İnter” klubunun rəqibi “Dordoy-Dinamo” Moskva “Lokomotiv”i ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində bakılılarla qarşılaşacaq Qırğızıstan təmsilçisi Rusiyada ilk matçını “dəmiryolçular”ın əvəzedici heyətinə qarşı keçirəcək. Gələn il yanvarın 17-də start götürən turnirə daha yaxşı hazırlaşmaq üçün ayın 11-dən Rusiya paytaxtına yollanacaq “Dordoy-Dinamo”nun ilk sınağı ertəsi günə təsadüf edəcək. Moskva təmsilçisi Qırğızıstan çempionunun süni örtüyə uyğunlaşması üçün öz manejini də qonaqların sərəncamına verəcək.
“İnter”in rəqibi qazandığı mükafatları dekabrın 26-da alacaq. Belə ki, Qırğızıstan Futbol Federasiyası ölkə çempionu olan “Dordoy-Dinamo”nun qızıl medallarını, həmçinin ilin ayrı-ayrı nominasiyalarda ilin ən yaxşısı seçilən Ruslan Sadıqov, Vadim Xarçenko və Mirlan Murzayevin mükafatlarını həmin gün keçiriləcək tədbirdə təqdim edəcək.

- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
- Bəziləri zədəli, bəziləri kənarda qaldı – DÇ-ni buraxacaq ulduzlar
0
0