UEFA azərbaycanlı futbolçunu cəzalandırdı
15.12.2008 - 11:45
UEFA Kiyevin “Dinamo” klubunda çıxış edən soydaşımız Aleksandr Əliyevi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında Londonda “Arsenal”la görüşdə meydandan qovulan 23 yaşlı yarımmüdafiəçi iki oyunluq diskvalifikasiya olunub. ÇL-də çıxışını başa vuran “Dinamo”nun UEFA kubokuna vəsiqə qazanması da Əliyevin cəzasını qüvvədən salmır. ÇL-də qrup mərhələsində “Fənərbaxça” ilə Kiyevdəki oyunu buraxan Aleksandr UEFA kubokunun 1/16 final mərhələsində ilk oyunda da komandasına kömək edə bilməyəcək.
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
- Bəziləri zədəli, bəziləri kənarda qaldı – DÇ-ni buraxacaq ulduzlar
- “Qalatasaray” 50 milyonluq transfer üçün "Yuventus"la masada
0
0