Ramal Hüseynov Türkiyə çempionunun rəhbərliyi altında oynayacaq
15.12.2008 - 18:23
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ramal Hüseynov Türkiyə çempionunun yanına gedir. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun 24 yaşlı futbolçusu “Beşiktaş”ın heyətində ölkə çempionluğunu qazanan müdafiəçi Əli Ərənin rəhbərliyi altında çıxış edəcək. Romalı icarəyə götürən Türkiyənin birinci liqasında çıxış edən “Girəsunspor” klubunu bu mütəxəssis çalışdıracaq. Məşqçilikdə ilk addımlarını atan 33 yaşlı Ərən uğursuz çıxışdan sonra istefaya göndərilən Mustafa Çingiz Dəmiri əvəzləyib. Hüseynovun keçmiş komanda yoldaşı olan Vasif Əliyev “Girəsunspor”da baxışdan uğurla keçəyə halda, o da Türkiyə çempionu ilə çalışacaq. Dekabrın sonunda təlim-məşq toplanışına yığışacaq komanda həmin vaxt yeni çalışdırıcısı ilə ikinci dövrəyə hazırlaşacaq.
Ərənin təyinatı haqda xəbərdar olan Ramal apasport.az saytına açıqlamasında Türkiyəyə iki günə yollanacağını bildirib: “Girəsunspor”un prezidenti məni bəyənib. “Bakı”nın vitse-prezidenti Tunc Afşarla görüşdüm. “Girəsunspor”a keçidimdə əsas vasitəçi olan türkiyəli funksioner bu gün vətəninə yollandı. Afşar Türkiyəyə müqavilə məsələmlə əlaqədar gedib. O, transfer işlərimi həll etdikdən sonra mənə Türkiyəyə yollanmaq üçün bilet göndərəcəklər. Razılığa əsasən, “Bakı” məni icarəyə verir və mən də müqavilənin yarım illik olmasını istəmişəm”.

0
0