Fərhad Vəliyev: “Bakı” geri çəkilməyəcək
15.12.2008 - 18:31
“Qarabağ” lider deyilsə, hazırkı nəticəni qəbul edə bilmərik. Çünki biz ancaq liderliyə oynamağa məhkumuq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Fərhad Vəliyev deyib. Ağdamın “Qarabağ” komandasında çıxış edən 28 yaşlı qapıçı klubun rəsmi internet saytına verdiyi müsahibədə karyerasının ilk titulunu qazanmaq arzusunda olduğunu bildirib: “Komandamızın turnir cədvəlində tutduğu 7-ci yer bizi qane etmir. Amma liderdən cəmi 7 xal geridəyik. Qələbəyə 3 xal verilən sistemdə bu fərqi aradan qaldırmaq çətin deyil ki, biz də buna qadirik. Hədəfimiz maksimumdur. Çempionluqla yanaşı, kuboku da qazanmaq istəyirik. Bunun üçün yetərli potensialımız var”.
Fərhad komandasının startdakı uğursuzluqlarını da səbəbsiz olmadığını düşünür: “Bizə oyunumuzu tapmaq üçün vaxt lazım idi. Bu vaxt ərzində itkilərdən qaçmaq mümkünsüz idi. Artıq hər şey istədiyimiz kimi gedir. Biz heç kimdən zəif deyilik. Son oyunlarda sübut etdik ki, “Qarabağ”ı hesabdan silmək hələ tezdir. Elə özüm də mövsüm öncəsi hazırlıqda demək olar ki, iştirak edə bilmədim. Komandaya Premyer Liqanın ilk turunda qoşulmuşdum. Yenidən köklənmə üçün vaxt lazım idi”.
Vəliyev bu il daha çox komandanın mükafatlara iddia etməsini müsbət hal sayır: “Birdən-birə yeddi komandanın çempionluğa iddialı olması ən azı futbolumuzun inkişafına təsir göstərəcək. Hər halda “İnter” çempionluq üçün əsas rəqibimiz sayılır. Komandanın heyəti “oturub”. Ötən il qazandıqları titulu qorumağa çalışacaqlar. “Bakı” da geri çəkilməyəcək”.

0
0