“Xəzər-Lənkəran” iki futbolçu ilə müqavilə bağladı
15.12.2008 - 22:06
“Xəzər-Lənkəran” iki futbolçu ilə müqavilə bağladı
Bu gün “Xəzər-Lənkəran” rəhbərliyi komandanın iki futbolçusu - Ruslan Poladov və Ramiz Kərimovla yeni müqavilələr bağlayıb. Apasport.az saytının məlumatına görə, klub rəsmiləri və məşçqilər korpusu razılaşmalarının müddəti dekabrda başa çatan hər iki oyunçunu komandada saxlamağı məqsəduyğun sayıblar.

“Xəzər-Lənkəran”ın rəsmi İnternet saytının yaydığı xəbərdə bildirilir ki, Poladov 1 illik yeni müqaviləyə imza atıb. 29 yaşlı yarımmüdafiəçi bu ilin yanvarında Rusiyanın Sankt-Peterburq keçirilmiş “Birlik Kuboku” turnirindən sonra zədələndiyi üçün tam potensialını göstərə bilməmişdi. Buna baxmayaraq, lənkəranlılar onunla müqavilənin vaxtını uzatmağa qərar veriblər.

27 yaşlı Kərimov isə “Xəzər Lənkəran”ın üçüncü qapıçısıdır. Cənub klubunun ən stajlı futbolçularından sayılan Ramizlə yeni razılaşma imzalanarkən, onun komandaya bağlılığı da böyük rol oynayıb.
0