Messi də Daşkəndə gəlir!
15.12.2008 - 23:56
Messi də Daşkəndə gəlir!
Özbəkistanın “Bunyodkor” klubunun rəhbərliyi daha bir məşhur futbolçunu Daşkəndə dəvət edib. Apasport.az saytının məlumatına görə, bu, Argentina yığmasının və “Barselona’nın üzvü Lionel Messidir. 21 yaşlı yarımmüdafiəçi dekabrın 22-də Özbəkistan paytaxtına gələcək.

Messinin səfəri ilə “Bunyodkor”un rəsmi İnternet saytı xəbər yayıb. Məlumatda bildirilir ki, dünya şöhrətli futbolçu Daşkənddə Özbəkistan Futbol Federasiyasının və “Bunyodkor”un rəsmiləri ilə görüşəcək. Həmçinin, argentinalı ulduz gənc futbolçularla fikir mübadiləsi aparacaq, topla nümunəvi çıxışlar edəcək.

Qeyd edək ki, məşhur futbolçuların “Bunyodkor”un dəvəti ilə Özbəkistana tərif buyurması artıq adət halını almaqdadır. Adıçəkilən klubun bu ilin yazında “Barselona”nın kamerunlu hücumçusu Samuel Eto’Onu Daşkəndə gətirməsi və onunla müqavilə bağlamaq istəyi əsl ajiotaj yaratmışdı. Bundan başqa, son aylarda Avropa çempionları – Karles Puyol, Andreas İnyesta ve Fransesk Fabreqas da “Bunyodkor”un düşərgəsinə baş çəkiblər. Hətta “Barselona”nın prezidenti Xuan Laporta da özbəklərin qonağı olub.

Onu da xatırladaq ki, hazırda “Bunyodkor”u braziliyalı Artur Ziko çalışdırır. Komandanın ən tanınmış futbolçusu isə Braziliya yığmasının heyətində dünya çempionu tituluna yiyələnmiş Rivaldodur.
0