Joze Ruinun “Bakı”ya keçidində problem yarana bilər
16.12.2008 - 10:57
İki afrikalı futbolçu ilə müqavilə bağlayan “Bakı” klubu növbəti transferini bu həftə gerçəkləşdirməlidir. Apasport.az saytının məlumatına görə, Bolqarıstan MOİK-ində çıxış edən Joze Ruinin keçidi qarşıdakı günlərdə həll olunmalıdır. Belə ki, MOİK-in portuqaliyalı yarımmüdafiəçi ilə bağlı məsələlərə cavabdeh olan meneceri Oskar Diaş bu həftə danışıqları yekunlaşdırmaq üçün Bakıya gələcək. Lakin Diaş danışıqlarda problemin yarana biləcəyini də istisna etmir: “Azərbaycana danışıqları yekunlaşdırmaq üçün gedirəm. Böyük ehtimalla Joze Rui “Bakı”ya altı aylıq icarəyə veriləcək. Lakin MOİK-in portuqaliyalını indi birdəfəlik satmaq istəyi də var. Danışıqlara bu amilin mənfi təsir etməsi də mümkündür”.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0