Birinci dövrənin şok hadisəsi hansıdır?
16.12.2008 - 11:08
Birinci dövrənin şok hadisəsi hansıdır?
Futbol üzrə Almaniya çempionatının ilk dövrəsinin ən gözlənilməz hadisəsi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, birinci dövrənin şok olayı avqustun 29-da “Köln” klubunun türk müdafiəçisi Ümit Özatın “Karlsrue” ilə səfər matçında huşunu itirməsi sayılır.

Özat xoşagəlməz halla həmin oyunun 25-ci dəqiqəsində üzləşib. Təzyiqinin kəskin düşməsi nəticəsində qıc olan və dili qatlanan 32 yaşlı futbolçu meydanın topsuz hissəsində qəflətən yerə yıxılıb. Onu müalicə etmək üçün dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriblər.

Türkiyəlinin futbolu davam etdirib-etdirməyəcəyi barədə həkimlər hələ də yekun qərar verməyiblər. Hər halda, ailəsi Ümitin yenidən yaşıl meydançalara dönüb, sağlamlığında problemlər yaşamasını istəmir.
0